Qadınlar üçün ən təhlükəli ölkələrin adları açıqlandı – Siyahı
28 İyun 2018 18:23 Dünya"Thomson Reuters Foundation" hazırda çox aktual olan bir məsələ haqda araşdırma edib.
Araşdırma qadınların əziyyət çəkməsi, təhqir olunması və haqlarının tapdalanması fonunda aparılıb.
Araşdırmaya mərkəzi Asiya, Avropa, Amerika, Şərqi və Cənub Şərqi Asiya ölkələrindən 550- ə qədər mütəxəssis cəlb olunub.
Nəticə olaraq qadınlar üçün ən təhlükəli ölkə Hindistan seçilib. Bu ölkədə qadınlara çox az hörmət edildiyi və tez-tez onların cinayətlərə qurban getdikləri bildirilib. Siyahıda digər yerləri isə inkişaf etməkdə olan ölkələrdən Əfqanıstan, Suriya, Somali, Səudiyyə Ərəbistanı, Pakistan, Konqo Demokratik Respublikası, Yəmən, Nigeriya tutub. 10-cu yer olaraq ABŞ-ın adının çəkilməsi isə bir qədər təəcüb doğurub.
Minval.İnfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31