Dünyanın ən kök uşağı arıqlamağa başladı, hətta küçədə yeridi...
Hindistanın paytaxtı Dehlidə dünyanın ən kök uşağı 65 kiloqram arıqlayıb.
28 İyun 2018 17:38 DünyaHindistanın paytaxtı Dehlidə dünyanın ən kök uşağı 65 kiloqram arıqlayıb.
14 yaşlı Mihir Cain aprel ayında mədəsindən əməliyyat olunduqdan sonra bu qədər çəki atıb.
Əvvəl 237 kiloqram çəkisi olan yeniyetmə hazırda 172 kiloqramdır. Qeyd olunur ki, tam sağlam şəkildə dünyaya gələn M.Cain yağlı yemək və qazlı içkilərə aludə olduğu üçün 8 yaşında 80 kiloqramadək kökəlib.
Həkimlər piylənmənin qarşısının alınması üçün ona dərmanlar yazıb və anasının sözlərinə, uşaq dərmanlardan sonra hərəkətliliyini itirib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31