Ərdoğan hökumətin yeni tərkibini nə vaxt açıqlayacaq?

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın hökumətin yeni tərkibini elan edəcəyi ilkin tarix açıqlanıb.

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın hökumətin yeni tərkibini elan edəcəyi ilkin tarix açıqlanıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın dövlət başçısının hökumətin yeni tərkibini iyulun 8-dən sonra açıqlaya biləcəyini deyib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

Türkiyə KİV-ləri R.T.Ərdoğanın prezident idarə üsuluna keçmiş Türkiyənin ilk Prezidenti kimi birinci rəsmi səfərinin Şimali Kiprə və Azərbaycana olacağını yazır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31