İraqın baş naziri: "Terrorçu PKK qruplaşması tərksilah edilməlidir"
28 İyun 2018 16:10 Dünyaİraqın baş naziri Heydər əl-İbadi terrorçu PKK qruplaşmasının tərksilah edilməsini istəyib.
Hökumət başçısı bunu iyunun 28-də keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
O, PKK ilə yanaşı başqa terrorçu qruplaşmaların da tərksilah edilməsinin vacibliyini vurğulayıb: "Bəzi dairələr ölkəmizi zəiflətmək üçün terror aktları təşkil edir, siyasi münaqişələr yaratmağa çalışır. Bununla da ölkəmizi keçmişə, geri sürükləməyə cəhd göstərirlər".
Baş nazir Nazirlər Kabinetinin iclasında Türkiyə, İraq və İranla ölkə sərhədlərinə üçtərəfli nəzarət edilməsini də müzakirə etdiklərini söyləyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31