8 mindən çox "Mazda" geri çağırılır - SƏBƏB?

"Mazda Motor Rus" şirkəti Rusiyada 8 mindən çox avtomobili geri çağırıb.

Qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin iyununadək illərdə Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31