Heyli İranı bu ölkəyə bənzətdi: "Gözlərimizdə..."

"Birləşmiş Ştatlar İrana təzyiq göstərməyə davam edəcək və hesab edir ki, başqa ölkələr də bu istiqamətdə Vaşinqtonu dəstəkləyəcək".

Bu haqda Nyu-Dehlidə "Observer Research Foundation" tədqiqat mərkəzində çıxışında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

"Biz İrana təzyiq göstərməyə davam etmək niyyətindəyik və ümid edirik ki, bizə başqa ölkələr də bizə qoşulacaq. Çünki, İran bizim gözlərimizdə daha bir Şimali Koreyadır", - amerikalı diplomat deyib.

Daha əvvəl İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ onların qarşısında diz çökəcək.

"Heç bir halda ABŞ-ın qarşısından geri çəkilməyəcəyik. Milli, tarixi yüksəkliyimizi qoruyub saxlayacağıq və ABŞ-ı diz çökdürəcəyik", - o bildirib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31