Koçaryan Azərbaycana gəldi: İrəvan cəbhədəki vəziyyətdən narahatdır
28 İyun 2018 15:49 DünyaErmənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
S. Koçaryan Xankəndində qondarma rejimin "xarici işlər nazirliyi"ndə görüşlər keçirib.
Görüşün məqsədi "məsləhətləşmələrin" aparılmasıdır. Məlumata görə, Xankəndidəki toplantıda Qarabağ danışıqları və cəbhədəki vəziyyətlə bağlı müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31