Rusiyanın energetika şirkətinin qadın işçisi casusluqda ittiham olunur
28 İyun 2018 15:35 DünyaRusiyanın Federal Təhlükəsizlik Xidməti ölkənin energetika şirkəti olan "İnter" Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Karina Tsurkana qarşı casusluq ittihamı irəli sürüb.
Bunu onun vəkili Dmitri Tsuprik bildirib.
Vəkilin sözləırinə görə, müvəkkili ittihamları qəbul etməyib: "O, cinayət işinin prinsipial və dönməz mövqeyinə görə başlandığını bildirir".
Bir müddət əvvəl K.Tsurkanın Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, Donbasın elektrik enerjisi ilə təchizatı sxemi haqqında məlumatları xarici ölkələrin xüsusi xidmət orqanlarına ötürdüyü bildirilirdi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31