Ermənistan ordusunda daha bir RƏZALƏT
Ermənistanda hərbi xidmət keçərkən öldürülən əsgərlərin anaları bu gün yenidən hökumət binasının qarşısına toplaşıblar.
28 İyun 2018 14:53 DünyaErmənistanda hərbi xidmət keçərkən öldürülən əsgərlərin anaları bu gün yenidən hökumət binasının qarşısına toplaşıblar.
Bu günlərdə Erməni general Manvel Qriqoryanın davranışı ilə bağlı etirazını bildirən analardan biri Ermənistan ordusunda baş verən dəhşətli faktları açıqlayıb: "Artıq 8 ildir ki Ermənistan ordusunda baş verənlərlə bağlı etirazımı bildirirəm. Orduda özbaşınalıq baş alıb gedir. Ermənistan ordusunda oğurluq və koorupsiya dəhşətli vəziyyətə gəlib çatıb".
Onun sözlərinə görə, orduda baş verən oğurluğa şahid olan əsgərlər öldürülür: "Necə ki, mənim oğlum. Oğlum bizimlə telefon əlaqə saxlayarkən bildirdi ki, ora hərbi qulluq yeri deyil, özbaşınalıq baş alıb gedir. O hərbi hissədən yanacağın necə oğurladığını öz gözləri ilə görmüşdü. Lakin ona susmaq əmri verilmişdi. Bu danışıqdan heç bir ay keçməmiş oğlumu məhv etdilər".
Analar oğullarının ölüm hallarının yalnız Manvel Qroqoryan kimilərinin həbsində sonra aradan qalxacağını bildiriblər.
Qeyd edək ki, bir neçə gün bundan öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat və general, Qarabağ müharibəsinin qəhrəmanının evində aparılan xüsusi əməliyyatın görüntüləri yayımlanıb. İyunun 16-da Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Aparılan axtarışlar zamanı MTX əməkdaşları xeyli sayda silah və sursat aşkarlayıb.
SİA