Hindistanda təyyarə qəzaya uğrayıb, ölənlər var - VİDEO

Hindistanda hökumətə məxsus təyyarə qəzaya uğrayıb.

Yerli polis təyyarənin Mumbai şəhərinin əhalinin sıx yaşadığı ərazisinə düşdüyünü bildirib.

İlkin məlumata görə, təyyarə çarter reysi həyata keçirib və onun göyərtəsində pilot da daxil olmaqla, 5 nəfər olub.

AP isə qəza nəticəsində təyyarədə olanların hamısının öldüyünün ehtimal edib.

Yerli kanallar laynerin yanan qalıqlarının göründüyü kadrları göstərib.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31