İran prezidenti: “Hökumət istefa verməyəcək”
28 İyun 2018 13:18 Dünya"Hökumətin istefa verəcəyini düşünənlər səhv edirlər".
Bunu İran prezidenti Həsən Ruhani ölkədəki iqtisadi problemlər və hökumətin istefası çağırışlarına münasibət bildirərkən deyib.
"Biz səlahiyyət müddətimizin sonuncu gününədək vəzifəmizi icra edəcəyik", - deyə H.Ruhani vurğulayıb.
Milli valyutanın devalvasiyası ilə əlaqədar İran parlamentinin 50 deputatı iqtisadiyyat və maliyyə naziri Məsud Karbasianın istefası tələbi ilə imza toplamışdı.
İyunun 28-də İran parlamentinin sədir Əli Laricani yaranmış vəziyyətlə bağlı bildirib: "İranlılar bütün fikir ayrılığını başqa vaxta saxlamalıdır. Cari problemlərin həlli üçün hakimiyyətin bütün qolları səylərini birləşdirməlidir".
Qeyd edək ki, iyunun 25-də Tehranda və İranın bir sıra şəhərlərində milli valyutanın devalvasiyasına etiraz olaraq, aksiya keçirilib. Bəzi məlumatlara əsasən, etirazlar hələ də davam edir.
Son günlər İranda "qara bazarda" 1 dollar 90 min rial dəyişdirlir. Bu rəqəm mayda 65 min rial olub.
Report