Maduro ABŞ vitse-prezidentinə “zəhərli gürzə” dedi
28 İyun 2018 12:28 DünyaVenesuela lideri Nikolas Maduro ABŞ-ın vitse-prezidenti Maykl Pensin ünvanına sərt sözlər işlədib.
Prezident televiziyada çıxışı zamanı Pensi "zəhərli gürzə" adlandırıb: "Zəhərli gürzə Maykl Pens hər dəfə ağzını açanda mən özümü daha da güclü hiss edirəm".
Daha sonra Maduro ABŞ-ı onu hakimiyyətdən devirmək cəhdlərində ittiham edib və bunun qarşısını alacağına söz verib: "Biz qələbə qazandıq. Harada olsanız da, sizi məğlub edəcəyik".
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31