ABŞ Cənubi Koreyadan çəkilməyəcək

ABŞ Cənubi Koreyadakı hərbi kontingentinin say tərkibini dəyişməyəcək.

Bu barədə Pentaqonun rəhbəri Ceyms Mettis Seulda Cənubi Koreyalı həmkarı Son Yon Mu ilə keçirdiyi görüşdə bəyan edib.

"ABŞ amerikalı hərbçilərin sayının hazırkı vəziyyətdə saxlanılması da daxil olmaqla, Cənubi Koreya qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün əldə olan bütün imkanlardan istifadə edir" - deyə Mettis vurğulayıb. 

Bundan əvvəl xarici KİV-lərdə bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadakı amerikalı hərbçilərin sayının azaldılması barədə Pentaqona göstəriş verib. 


AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31