Putin və Trampın müzakirə edəcəyi məsələlər məlum olub
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı iqtisadi məsələləri, Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək.
28 İyun 2018 11:43 DünyaABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı iqtisadi məsələləri, Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Bununla bağlı ABŞ-ın vitse-prezidenti Maykl Pens "Bloomberg" agentliyinə müsahibəsində məlumat verib.
"Müzakirə ediləcək məsələlər çoxdur. Liderlər bir çox mövzulara toxunacaqlar. Bunlara iqtisadi məsələlər, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi, Ukrayna və Suriyadakı vəziyyəti göstərmək olar", - Pens bildirib.
Pens Rusiyanın "Böyük yeddilik" qrupuna qayıdacağı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31