Cənubi Sudanda vətəndaş müharibəsi sona çatdı: yeni hökümət qurulur

Sudanın paytaxtı Xartumda keçirilən sülh danışıqları nəticə verib.

Sudanın paytaxtı Xartumda keçirilən sülh danışıqları nəticə verib.

4 ildir davam edən vətəndaş müharibəsini bitirmək məqsədilə Cənubi Sudanın prezidentiSalva Kiier və üsyançıların lideri, sabiq vitse-prezident Riek Machar razılığa gəlib. Razılaşmada Sudan prezidenti Ömər Əl Bəşir və Uqanda rəhbəri Yoveri Museveni də iştirak edib.

İlkin mərhələdə atəşkəs qüvvəyə minəcək, daha sonra növbəti addımlar atılacaq. Humanitar yardımın əraziyə çatması üçün addımların atılması, məhbusların azad edilməsi, hərbi qüvvələrin geri çəkilməsi, tranzit əlaqələrinin yaradılması planlar arasındadır. 4 ay ərzində ölkəni 36 ay müddətinə idarə edəcək yeni hökümət qurulacaq.

Cənubi Sudan 2011-ci ildən bəri müstəqilliyini elan edərək Sudandan ayrılıb. Ölkədə 2013-cü ildən bəri etnik qruplar arasında qarşıdurmalar davam edir. 12 milyon əhaliyə sahib ölkədə müharibə nəticəsində minlərlə insan dünyasını dəyişib.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31