Tramp Putinlə Avropaya səfəri zamanı görüşəcəyini söylədi
28 İyun 2018 00:19 DünyaABŞ prezidenti Donald Tramp, rusiyalı həmkarı Vladimir Putin ilə Avropaya səfəri zamanı görüşəcəyini söylədi. Bu haqda çərşənbə günü Reuters agentliyi xəbər verdi.
Xatırladaq ki, iki həftə öncə Washington Post ABŞ administrasiyasına istinadən xəbər verirdi ki, ABŞ və Rusiya prezidentləri bu ilin iyulunda görüşə bilər.
Görüşün NATO-nun iyulun 11-12-də Brüsseldə baş tutacaq sammiti çərçivəsində baş tuta biləcəyi deyilirdi.
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə hazır olduğunu bəyan etmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31