ABŞ İrana təyyarələrin ixracı ilə bağlı lisenziyanı geri çağırıb

ABŞ İrana təyyarələrin ixracı və bir sıra başqa işgüzar sövdələşmələrlə bağlı lisenziyaları geri çağırıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin uyğun sənədində vurğulanıb.

Qeyd edək ki, 2015-ci il iyulun 15-də İranın nüvə proqarmı ilə bağlı Tehranla "altılıq" ölkələri arasında imzalanmış Əhatəli Razılaşma Planı müqaviləsindən sonra ABŞ İslam Respublikasına "Boing" satılması və mülki təyyarələrə ehtiyat hissələrinin satılması ilə bağlı qoyulan qadağanı aradan qaldırmışdı.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31