Sudanda onu zorlayan ərini öldürən qadının ölüm hökmü ləğv edildi

Sudanın Apellyasiya məhkəməsi ona təcavüz etdiyi üçün ərini öldürən 19 yaşlı Noura Hüseynin ölüm hökmünü ləğv edib.

Qadının vəkili Nouranın 5 il müddətinə həbs edildiyini bildirib.

Qadının anası Zeynəb Əhməd isə jurnalistlərə qızının ölümdən döndüyü üçün çox şad olduğunu deyib. Dünya ulduzları internetdə #JusticeforNoura haştaqı ilə Noura üçün azadlıq tələb edərək kampaniya aparmışdılar. Ötən ay şəriət məhkəməsi ərini öldürən 19 yaşlı qadın üçün ölüm hökmü çıxarmışdı.

Qeyd edək ki, qadın özündən 16 yaş böyük əmisioğluna məcburən ərə verilib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31