Danimarka "Şimal axını-2" qaz layihəsinin icrasını ləngitməyə çalışır
Danimarka Rusiyanın "Şimal axını-2" qaz layihəsinin icrasını ləngitməyə çalışır.
27 İyun 2018 16:37 DünyaDanimarka Rusiyanın "Şimal axını-2" qaz layihəsinin icrasını ləngitməyə çalışır.
Bunu Danimarka baş naziri Lars Lükke Rasmussen ukraynalı həmkarı Vladimir Qroysmanla görüşdən sonra deyib.
Onun sözlərinə görə, Danimarka parlamentinə layihəyə veto qoymağa imkan verəcək qanunverici təşəbbüslər təqdim olunub.
"Mövqeyim ondan ibarətdir ki, bu layihənin geosiyasi, Avropa implikasiyası var və Danimarka bu məsələni tək başına həll edə bilməz. Buna görə də bu məsələni Ümumavropa səviyyəsinə qaldırmağı təklif edirəm", - deyə Rasmussen bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31