Afrində partlayış: 6 nəfər ölüb, 20 nəfər yaralanıb
Suriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
27 İyun 2018 16:30 DünyaSuriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
Afrinin mərkəzində bomba yüklənmiş iki avtomobil partladılıb.
Partlayışlar "Ziraat Kavşağı" və "Şatolar Caddesi"ndə baş verib. Bu hücumun məsuliyyətini üzərinə götürən hələ ki, yoxdur.
Partlayışın səbəbi araşdırılır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu "Zeytun budağı" əməliyyatı nəticəsində martın 18-də Afrini terrorçu PKK/YPG-PYD qruplaşmasından azad edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31