Paşinyan MTX direktorunun anasını aparat rəhbəri təyin edib

Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) direktoru Artur Vanetsyanın anası Marqarit Azaryan Baş nazirin kadrlar şöbəsi və aparatı əməkdaşları idarəsinin rəhbəri təyin edilib.

Bu barədə ölkənin baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.

Bildirilib ki, Marqarit Azaryan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın aparatında uyğun vəzifəni daşıyırmış.

Bir müddət əvvəl MTX-nin direktoru bildirmişdi ki, bəzi qüvvələr Nikol Painyanla onu hakimiyyətədn uzaqlaşdırmaq istəyirlər. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31