Tələbə “Facebook”da yeni funksiya aşkar etdi – FOTO

"Your Time on Facebook" adlı yeni funksiyanı Massaçusets Texnologiya Universitetinin tələbəsi Feysbukun mobil tətbiqinin kodunda aşkar edib.

Həmin funksiya sizin hərgün sosial şəbəkədə nə qədər zaman keçirdiyinizi hesablayacaq.

Bununla yanaşı, istifadəçi istədiyi zaman sosial şəbəkənin mobil versiyasından istifadəyə limit də qoya bilər. Qoyulmuş vaxt limitinin bitməsindən sonra smartfon ekranında bildiriş əks olunacaq və tətbiq avtomatik olaraq bağlanacaq.

Bu yeni funksiyanın rəsmi olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir.

Technote

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31