İran-Pakistan sərhəddində 3 iran hərbçisi öldürülüb

İranın Pakistanla sərhəddində Mircaveh şəhəri yaxınlığında ötən axşam İran sərhədçilərilə ölkəyə Pakistan tərəfindən gizli şəkildə sızmağa çalışan silahlı dəstə arasında silahlı qarşıdurma baş verib. Sillahlı toqquşma nəticəsində uç İran hərbiçisinin həlak gələn xəbərlər sırasındadır. Silahlı dəstənin də itki verərək Pakistan ərazisinə geri döndüyü bildirilir. Qeyd edək ki, bu son üç gündə baş verən ikinci silahlı insidentdir. Ayın 24-də də Pakistan ərazisindən İrana bir qrup qanunsuz silhalı dəstə üzvü sərhəddi pozaraq keçməyə cəhd etmişdir və baş verən silahlı qarşıdurma nəticəsində İran tərəfindən bir zabit öldürülmüş bir sərhədçi də ağır yaralanmışdır.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31