Ankaradan ABŞ-a rədd cavabı – Vaşinqton vaxt vermişdi

"ABŞ-ın İranla neft ticarətinin dayandırması barədə qərarlar bizim üçün məcburi deyil, biz Birləşmiş Millətlər Təşkilatının qərarlarını tanıyırıq".

Bunu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Daha əvvəl ABŞ-ın Xəzinə Nazirliyinin yüksək vəzifəli səlahiyyətlisi telekonfrans vasitəsilə bildirib ki, Vaşinqton müttəfiq ölkələr və şirkətlərin İrandan neft idxalının noyabrın 4-dək dayandırılmasını tələb edib. Açıqlamaya görə, bu tarixdən etibarən İrandan neft idxal edən ölkələr və şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlar.

Səlahiyyətli, həmçinin, ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İran neftini idxal edən ölkələrlə müzakirələr apardıqlarını dilə gətirib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31