Türkiyə Avropa İttifaqını ədalətsiz münasibətdə günahlandırıb

Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz münasibətdə günahlandırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz münasibətdə günahlandırıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Aİ növbətə dəfə Türkiyəyə qarşı ədalətsiz və haqsız münasibət nümayiş etdirdi. Ölkəmizin Aİ-dən uzaqlaşması ilə bağlı bəyanat həqiqəti əks etdirmir", - XİN-in yaydığı bəyanatda bildirilir.

Xatırladaq ki, Aİ Şurası iyunun 26-da Türkiyənin Aİ-dən uzaqlaşdığının və Ankaranın İttifaqa daxil olması ilə bağlı danışıqların praktiki olaraq dalana dirəndiyinin qeyd edildiyi yekun bəyanat yayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31