Ermənistanın yüksək vəzifəli məmurları korrupsiyada şübhəli bilinirlər

Ermənistanda yüksək vəzifəli məmurlar illərdir əmək haqqından başqa, çoxmilyonluq "mükafatlar" qazanıblar.

Ermənistanda yüksək vəzifəli məmurlar illərdir əmək haqqından başqa, çoxmilyonluq "mükafatlar" qazanıblar.

Bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, hüquq-mühafizə orqanları hazırda keçmiş məmurların hesablarına edilən pul köçürmələrini araşdırır.

Materialda bəzi məmurların hər ay 15 min dollara qədər bonus aldıqları qeyd edilib.

Ümumilikdə, söhbət dövlət qulluqçularının bank hesablarında yerləşdirilən bir neçə milyon dollarlıq bonus ödənişlərindən gedir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31