ABŞ prezidentinin müşaviri ilə Rusiya xarici işlər naziri arasında danışıqlar başlayıb
Moskvada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
27 İyun 2018 15:01 DünyaMoskvada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
Moskvaya səfəri zamanı C.Bolton Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşü müzakirə edəcək. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin də ABŞ prezidentinin müşaviri ilə görüşəcəyi məlum olub.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü iyul ayının ortalarında Vyanada keçirilə bilər.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31