"Hamımız müsəlmanıq" - Trampa qarşı aksiya keçirildi

ABŞ prezidenti Donald Trampın daha bir qərarı Nyu-Yorkda etirazlara səbəb olub.

ABŞ prezidenti Donald Trampın daha bir qərarı Nyu-Yorkda etirazlara səbəb olub.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Trampın təhlükəsizlik səbəbilə 5-i müsəlman olmaqla 7 ölkəyə səyahət qadağası qərarını verməsi nəticəsində "New-York Foley Square" meydanında böyük aksiya keçirilib. Aksiyada 80 qeyri-hökumət təşkilatına mənsub yüzlərlə adam iştirak edib. 

Onlar Tramp hökumətinə və miqrant siyasətinə sərt reaksiya göstəriblər.

Müsəlman cəmiyyəti və onlara dəstək verən qruplardan ibarət olan etirazçılar əllərində daşıdıqları "Qadağalara yox", "Hamımız müsəlmanıq", yazılı plakatlar tutub "Ağ Evdə almanlara xeyir" və "Bu küçələr bizimdir" şüarları səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31