Musiqiçi meşədə itkin düşdü
Məşhur musiqiçi Türkiyənin Muğla əyalətində itkin düşüb.
27 İyun 2018 12:54 DünyaMəşhur musiqiçi Türkiyənin Muğla əyalətində itkin düşüb.
Olaylar.az türk mediasına istinadən bildirir ki, ailəsi 6 gündür ki, Mətin Kordan xəbərsizdir. Ailəsindən verilən məlumata əsasən sənətçi təbiət qoynunda yalnız qalmaq istəyib və növbəti gün dostu da yanına gedəcəkmiş.
Mətin Korun gecələdiyi çadır alt hissədən parçalanıb. Sənətçinin əşyalarına toxunulmayıb. Təhlükəsizlik qüvvələrinə xəbər verən ailə axtarışların hələki bir nəticə vermədiyini bildirib.
Qeyd edək ki, Mətin Kor ölkəsində "Ən gözəl sensin", "Mavi", "Senmişim", "Yanı başıma" və "Üzüm gözəli" adlı mahnıları ilə tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31