Donald Trampa qarşı 128 səhifəlik İDDİA
27 İyun 2018 12:27 DünyaDonald Tramp ABŞ -ın 17 ştatında fəaliyyət göstərən hakimlər tərəfindən məhkəməyə verilib. Olaylar.az türk mediasına istinadən bildirir ki, Tramp 128 səhifəlik iddianamədə qeyri-qanuni və mərhəmətsiz miqrant siyasəti ilə ittiham edilir.
İddia ərizələri Seattle Region Məhkəməsinə təqdim edilib. Nyu Yorkun Baş prokuroru Barbara Undervud da hadisəyə öz münasibətini bildirib. "Uşaqları valideynlərindən ayırmaq qeyri-insani, vicdansızlıq və qanun xaricindədir. Biz də bunu dayandırmaq üçün iddia qaldırırıq. Tramp rəhbərliyi uşaqları valideynlərindən ayıraraq onları yüzlərlə kilometr uzağa göndərir və bu da uşaqlarda çox ciddi travmalara səbəb olur. Bizim ölkəmiz bu deyil. Tramp rəhbərliyinin Konstitusiyanı və haqqlarımızı baltalamasına tamaşaçı qalmayacağıq." - deyə, baş prokuror bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, ölkə daxilində və beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar üzərinə ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarının valideynlərindən ayrılmasına maneə törədəcək bir fərmanda imza atmışdı.