Türkiyəli ekspert: "Ölkədə qiymət artımı sürətlənəcək"

"Yenidən Türkiyənin prezidenti seçilmiş Rəcəb Tayyıb Ərdoğanın qarşısında iqtisadi məsələlər problem olaraq qalır".

Bunu Türkiyənin "Şafak" qəzetinin jurnalisti, iqtisadçı-ekspert Taylan Böyükşahin bildirib.

Bu il türk lirəsinin 20% ucuzlaşdığını qeyd edən jurnalist kreditlərin yüksək faiz dərəcələrin də ölkə üçün problem yaratdığını qeyd edib: "Türkiyə iqtisadiyatı üçün maliyyə mənbəyi çox önəmlidir. Lakin yüksək faizlər yatırım edilməsini çətinləşdirir, evlərin, maşınların satın alınması zəifləyir. Belə vəziyyət R.T.Ərdoğanın qurduğu iqtisadi modelə uyğun deyil".

Bununla yanaşı, onun sözlərinə görə, ölkədə işsizlik səviyyəsinin 10% olması, qiymət artımının 12,15%-ə, tədiyyə balansındakı kəsirini 57 mlrd. ABŞ dollarına çatması, xarici ticarətdəki mənfi saldonun artması R.T.Ərdoğan isə həlli çətin məsələlərdir və iqtisadiyyata təzyiqini artıracaq. 

"Türkiyədə xüsusilə inflyasiyanın sürətlə artması gözlənilir", - deyə o, qeyd edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31