Yerevan meri istefa ərizəsi yazıb

Yerevan Administrasiyasının rəhbəri Taron Marqaryan istefa ərizəsi yazıb.

Yerevan Administrasiyasının rəhbəri Taron Marqaryan istefa ərizəsi yazıb.

Bu barədə "Joxovurd" qəzeti meriyadakı mənbəyə istinadən yazıb.

"Yerevanın meri ilə bağlı məsələ artıq həll olunub, Marqaryan istefa ərizəsini yazıb və bir neçə gündür işə çıxmır. Şəhər Administrasiyasında qeyri-müəyyən vəziyyət yaranıb: məmurlar nə edəcəklərini bilmirlər", - mənbə deyib.

Nəşr həmçinin bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Marqaryanı paytaxt meri postunda saxlamağı planlaşdırmır.

Xatırladaq ki, bu ilin mayında nümayişçilər Yerevan meriyasına girərək Marqaryanın istefasını tələb etmişdilər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31