Tanınmış bloqer mühazirə zamanı bıçaqlandı

Tanınmış yapon bloqer Kenişiro Okamoto internetdə mübahisələrin idarə edilməsi mühazirəsindən sonra bıçaqlanıb. 

Bununla bağlı "South China Morning Post" məlumat yayıb. 

Hadisə iyunun 24-də baş verib. "Hagex" ləqəbi ilə tanınan 41 yaşlı Okamoto Fukuoka şəhərində keçirilən konfransda iştirak edib. O, internet üzərindən mübahisələrin idarə edilməsi ilə bağlı təcrübəsini bölüşüb. Cinayətkar bıçaq vasitəsilə onun kürəyinə bir neçə zərbə endirib. 

Polislər cinayətkarı həbs ediblər. 42 yaşlı Xidemitsu Matsumoto əməlini etiraf edib və bildirib ki, bloqeri nifrət səbəbindən bıçaqlayıb. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31