Moqerinidən Ərdoğanın seçilməsinə reaksiya

Türkiyədə keçirilən prezident və parlament seçkiləri xalqın demokratik proseslərə, mülki azadlıqlara və hüququn aliliyinə güclü bağlılığını təsdiq edib.

Bu sözləri Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib.

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının rəyinə əsasən, seçicilər gerçək seçkiyə malik idi, amma icra şərtləri bərabər deyildi. Bir çox ortaq problemi birlikdə danışmaq üçün prezident və məclislə çalışacağıq", - Moqerini qeyd edib.

Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31