Avtraliyalı şəxs bir ay ərzində 3 dəfə lotereyada qalib gəlib

Avstraliya sakini Karlo Massetti bir ay ərzində 3 dəfə lotereyada qalib gəlib.

Sidney şəhərinin 59 yaşlı sakini ilk dəfə iki bilet alıb və ikisidə uduşlu olub. Ümumilikdə iki bilet ona 2,5 milyona yaxın Avstraliya dolları qazandırıb.

Bundan sonra o 3-cü bileti alıb və yenidən bilet uduşlu olub. Bu bilet isə ona 48 min avstraliya dolları qazandırıb.

K.Massetti qazandığı pulun 50 min dollarını yerli xəstəxanaya ayırıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31