Boris Conson Kabilə elan olunmamış səfər edib
26 İyun 2018 13:15 DünyaBöyük Britaniyanın xarici işlər naziri Boris Conson Əfqanıstanın paytaxtı Kabilə elan olunmamış səfər edib.
APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya XİN-in mətbuat xidməti bildirib.
"İyunun 23-də nazir Boris Conson Kabilə səfər edib", məlumatda deyilir. B.Conson ilk olaraq Kabildə NATO-nun Əfqanıstandakı missiyasının rəhbəri general Con Nikolson ilə görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31