Rusiyalı ekspert: "Ərdoğan geri çəkilməməlidir"

Türkiyədəki prezident və parlament seçkilərinin nəticələri Rusiya - Türkiyə əlaqələrini möhkəmləndirdi, çünki burada gözlənilməz və fövqəladə yeniliklər olmadı. 

Digər tərəfdən, Türkiyənin ətrafındakı çətin vəziyyət - Türkiyə - ABŞ münasibətləri, Türkiyənin Suriyadakı fəaliyyəti və s. - Ankara və Moskva arasındakı münasibətlərin daim bu səviyyədə qalacağı demək deyil. 

Bu fikirləri  rusiyalı politoloq Qriqoru Trofimçuk deyib. 

Onun sözlərinə görə, Türkiyənin Rusiyanın planlarına uyğun inkişaf etməyən Suriyadakı fəaliyyəti kimi bir məsələ artıq öz-özlüyündə problemdir. 

"Rusiya bu məqsədlə hələlik sakitdir, ancaq tez və ya gec baş verənlər onu bu məsələni şərh etməyə məcbur edəcək. 

Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib və strateji münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib

Rusiya üçün burada sürprizlərin az olması daha yaxşıdır. 

Ancaq nəzərə almalıyıq ki, praktiki olaraq, Türkiyənin yarısı Ərdoğana müxalifdir və o, hər hansı məsələdə dayansa, bu qüvvələr işə düşəcək. Bu, onların üzərindən asılacaq bir "qılınc"dır. 

Bu cür nəhəng, çoxmilyonlu mitinqi son vaxtlar dünyanın heç bir ölkəsində görmək mümkün deyildi", - ekspert əlavə edib. 

O qeyd edib ki, Azərbaycan üçün Rusiya - Türkiyə münasibətlərində sabitlik sərfəlidir, çünki regiondakı bütün qarşıdurmalar öz yerində qalacaq və burada heç nə dəyişməyəcək. 

"Hətta Türkiyədə prezident seçkilərinin ikinci turu regiondakı proseslərin pozulmasına gətirib-çıxara bilərdi.

Bu vəziyyət seçkilərdə qələbə qazanan şəxsə tam aydındır. İndi Ərdoğan ölkənin daxilindəki etiraz bazasını avtomatik olaraq daraltmaq məqsədilə yeni uğurlar üçün səylərini artırmalıdır", - Trofimçuk deyib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31