Sosial şəbəkələrdə Melaniya Trampın “acığına” fləşmob - FOTO
25 İyun 2018 17:46 DünyaABŞ-ın birinci xanımı Melaniya Trampın miqrantlarla görüş üçün Texasa səfər zamanı geyindiyi "Mənim vecimə deyil, bəs sizin?" yazılı gödəkçəsinə etiraz olaraq, sosial şəbəkədə tanınmış simalar fləşmob keçiriblər.
Bununla bağlı "Daily Mail" nəşri məlumat yayıb.
Tanınmışlar geyindikləri gödəkçələrlə bəyan ediblər ki, "onların vecinədir". Onlar arasında 15 yaşlı aktrisa Cenna Orteqa da olub.
"Radio Disney Music Awards" mükafatının təqdimetmə mərasimində qız üzərində "Mənim vecimədir və sənin də vecinə olmalıdır" sözləri yazılmış gödəkçə ilə şəkil çəkdirib. Aktrisa deyib ki, o, miqrantların uşaqlarının taleyindən narahatdır.
Model Cill Makkormik "Instagram" hesabında üzərində "Xeyr, bizim hər birimizin vecinədir. Sənin niyə vecinə deyil?" ifadəsinin əks olunduğu gödəkçəni geyinib.
Aktrisa Bizi Filipps də oxşar paylaşımı ilə yadda qalıb. Qadın "Mənim vecimədir. Bəs sizin?" ifadəsi yazılmış köynəklə şəkil çəkdirib.
Dizayner Castin Teodor "Hamının vecinə olmalıdır" yazılı gödəkçə ilə şəklini paylaşıb.
Rəssam Lalo Alkaraz çəkdiyi rəsmdə Melaniya Trampın gödəkçəsindəki yazını dəyişdirib.
Bundan başqa, "Wildfang" geyim brendi "Həqiqətən, mənim vecimədir, sizin yox?" yazılı gödəkçələr paylayıb.