Moldova prezidenti ABŞ-a səfərini təxirə saldı

Moldova prezidenti İqor Dodon 2018-ci il iyulun 1-nə ABŞ-a planlaşdırılan səfərini təxirə salıb. Bununla bağlı Dodon özü məlumat verib.

Moldova prezidenti İqor Dodon 2018-ci il iyulun 1-nə ABŞ-a planlaşdırılan səfərini təxirə salıb. Bununla bağlı Dodon özü məlumat verib. 

Səfər qeyri-müəyyən müddətə Moldovadakı qeyri-sabit vəziyyət səbəbindən təxirə salınıb. 

"Məsələ ilə bağlı ABŞ tərəfi məlumatlandırılıb", - moldovalı lider "Facebook" hesabında yazıb. 

Qeyd edək ki, iyunun 22-də BMT Baş Assambleyasının Rusiyanın Dnestryanıdakı hərbçilərini geri çəkməklə bağlı qanun layihəsi qəbul edilib. 

İqor Dodon qəbul edilmiş qərarı "anti-Rusiya demarşı və təxribat" adlandırıb. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31