Məhərrəm İncə Rəcəb Tayyib Ərdoğandan xahiş etdi
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə nəticələrdən sonra mətbuat konfransında çıxış edib.
25 İyun 2018 16:43 DünyaTürkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə nəticələrdən sonra mətbuat konfransında çıxış edib.
Olaylar.az Türkiyə mediasına istinadən bildirir ki, Məhərrəm İncə ilk öncə, Rəcəb Tayyib Ərdoğanı qələbə qazanması münasibətilə təbrik edib. Daha sonra bildirib ki, "15 milyon soydaş mənə səs verdi. Hədəfimiz bunu 30 milyon etməkdir. Əgər 15 milyon insan prezident seçkisində mənə səs verirsə, bu rəqəm qısa müddətdə 30 milyon ola bilər. Cənab Ərdoğandan xahiş edirəm, artıq bu gündən sonra 81 milyon insanın prezidenti olun. Mənim ifadəmdən istifadə edin. Artıq hamımızın prezident olun. Hamını qucaqlayın. Mən seçilsəydim elə edərdim"