Türkiyə yeni siyasi dönəmə qədəm qoydu

Türkiyə daha bir tarixi, siyasi hadisəni geridə qoydu. İyunun 24-də seçki məntəqələrinə gedən türkiyəli seçicilər növbəti müddətə prezident və parlament üzvlərini seçdilər. Kifayət qədər gərgin siyasi mübarizə və atmosferdə keçən seçkilərin nəticələri əksəriyyətin proqnozlaşdırdığı kimi oldu.  Belə ki, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq növbəti müddətə Türkiyə Respublikasının Prezidenti seçildi. Həmçinin hazırda hakim partiya rolunu oynayan Ədalət və İnkişaf Partiyası da bu seçkilərdən qalib ayrıldı.

Seçkilərdən Ərdoğanın qalib çıxmasını şərtləndirən başlıca amillərdən biri hazırkı dövlət başçısı və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra Türkiyədə baş verən iqtisadi yüksəlişdir. Son illər iqtisadi baxımdan dünyanın ən güclü ölkəsinə çevrilən Türkiyəyə bu inkişafı, tərəqqini məhz Ərdoğan gətirib. Eyni zamanda bu illər ərzində Türkiyə müntəzəm olaraq üzləşdiyi hakimiyyət dəyişikliyi, dərin siyasi-iqtisadi böhrandan özünü sığortalaya bilib. Hər nə qədər xarici güclər bütün bunlardan dolayı Ərdoğanı sevməsə də, lakin türk xalqı Rəcəb Tayyib Ərdoğana böyük etimad və ehtiram göstərir. Elə iyunun 24-də türk xalqının ona səs verməsi də bunun əyani sübutu idi. Elə əksəriyyət ekspertlər də məhz bu qənaətdədirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə 24 İyun seçkiləri ilə yeni siyasi dönəmə daxil oldu. Ölkədə idarə sistemi dəyişməklə, hərbiçilərin qəbul etdiyi konustitusiya və idarə sistemi tarixdə qaldı: "Ölkə prezident respublikası olaraq ordu və parlament və məhkəmə üzərində prezidentin demək olar ki, tam hakimiyyəti quruldu. AKP sədri Rəcəb Tayyib Ərdoğan 16 illik hakimiyyəti dövründən fərqli olaraq, bundan sonra Türkiyəni yeni mərhələyə aparacaq, yeni siyasi idarə sistemini quraraq ölkənin idarəsində tək başına qərarlar verəcək, məhdud hakimiyyət modeli ilə həm daxili, həm də xarici siyasəti özü müəyyən edəcək. Prezidentin bu siyasətinə yeni konustitusiya imkan tanıyır". Politoloq deyib ki,  Türkiyə xalqı seçkidə böyük çoxluqla iştirak etdi və AKP-nin apardığı siyasəti dəstəklədi: "Məğlub olmasına baxmayaraq seçkilərdə Türkiyə müxalifəti toparlandı və böyük güc ortaya qoymuş oldu. Artıq, Ərdoğan müxalifətin gücünün fərqindədir. Və, parlamentdə müxalifətin güclü fraksiyası var, müəyyən dərəcə uzlaşma siyasəti aparacaq".

Məhəmməd Əsədullazadə onu da deyib ki, Birləşmiş Ştatlar və Qərb dövlətləri bu mərhələdən sonra, Türkiyə ilə əlaqələrində problemlərə yol açacaq siyasət aparmayacaqlar: "Çalışacaqlar ki, Türkiyə ilə əməkdaşlığı davam etdirsinlər. Ərdoğanın siyasi xətti Qərbi məmnun etməsə də, Türkiyəni özlərindən uzaqlaşdıracaq planları reallaşdırmayacaqlar. Türkiyə Suriya və İraqda anti-terror əməliyyatları uğurla davam etdirəcək. Menbic və Qandildə Türkiyənin söz sahibi olması, PKK terror təşkilatının darmadağın edilməsinə aparacaq siyasət davam edəcək".

Məhəmməd Əsədullazadə onu da deyib ki, Rəcəb Tayyib Ərdoğanın Qərblə heç də yüksək səviyyədə əlaqələr qurması gözlənilmir. Çünki, xarakterik olaraq müstəqil siyasətə meyilli olaraq çalışcaq ki, ABŞ və Qərb dövlətləri bununla hesablaşsın: "Rusiya ilə Türkiyə arasında imzalanan S-400 raketləri və Atom Elektrik Stansiyanın tikintisi ilə bağlı müqavilələr yerinə yetiriləcək. Ərdoğan və Putin dostluğu iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdıracaq. Qeyd edim ki, Rəcəb Tayyib Ərdoğan seçki kampaniyasına başlayanda Qarabağ konfliktinin həllini də hədəf götürmüşdü. Rusiya ilə əlaqələrini inkişaf etdirəcəksə, demək Qarabağ münaqişəsinin həllini masaya gətirəcək. Rəsmi Bakı Ankara ilə bu istiqamətdə təmasları saxlamalı, Putin, Ərdoğan və İlham Əliyevin iştirakı ilə münaqişənin həlli üçün görüşün küçirilməsinə nail olunmalıdır. Türkiyə rəhbərliyinin buna gedəcəyi şübhəsizdir və regionda dəyişən şərtlər, Ermənistanın yeni rəhbərliyinin yeni anti-Rusiya siyasəti Moskvanın da belə bir görüşə etiraz etməyəcəyi şübhəsizdir". Politoloq onu da qeyd edib ki, Türkiyə yeni dönəmə qədəm qoyur və Azərbaycanla Türkiyə arasında rəsmi hərbi müttəfiq müqaviləsinin imzalanmasının zamanıdır.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31