Tatlısəsdən ayrılıqla bağlı ilk açıqlama

Ötən ilin avqustundan sevgili olan Yasemin Şefkatli ilə İdo Tatlısəs bir neçə gün əvvəl ayrılıb. Ayrılıqla bağlı ilk açıqlama Tatlısəsdən gəlib. 

Ötən ilin avqustundan sevgili olan Yasemin Şefkatli ilə İdo Tatlısəs bir neçə gün əvvəl ayrılıb. Ayrılıqla bağlı ilk açıqlama Tatlısəsdən gəlib. 

"Bu hadisə ilə bağlı açıqlama vermək həm mənim, həm də media nümayəndələri üçün lazımlı olacaq. Hər gözəl şeyin bir sonu var. Bəlkə də Allahın bizə verdiyi ən gözəl hədiyyə hər şeyi sonlu yaratmasıdır. Mən də gözəl bir hekayənin, münasibətin sonuna gəldim. Gözəl bir münasibəti sona çatdırmaq asan deyil, amma həyat davam edir. Ayrılıqla bağlı çox şayiələr yayılacaq. Bunları normal qarşılayıram. Biz Yaseminlə ayrılığa qərar verdik. Bir münasibət var olanda necə dəyərlidirsə, bitəndən sonra xatirələri də dəyərlidir. Çox vaxt ayrılan cütlülüklər bir-birinə nifrət edir. Bunu normal qəbul etmirəm" deyə, İdo bildirib. 

Cütlüyün ayrılmasına səbəb modelin paylaşdığı sinə dekolteli fotonun olduğu deyilir. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31