Türkiyədə prezident seçkilərindən sonra ilk İSTEFA tələbi gəldi - VİDEO
25 İyun 2018 11:06 DünyaTürkiyədə baş tutan prezident seçkilərinin nəticələri bəlli olmağa başladıqdan sonra ilk istefa tələbləri gəlib.
Cümhuriyyət Xalq Partiyasının üzvləri onlara lazımi açıqlamaları vermədiyi üçün partiyanın idarəçilərini istefaya səsləyib.
Bir müddət partiyanın mərkəzi binasında dinc aksiya keçirən cümhuriyyətçilər idarəçilərin əleyhinə şüarlar səsləndirib və daha sonra Kamal Kılıçdaroğlunun yanlarına gəlməsini istəyiblər. Onlar seçkilərin nəticələrindən razı qalmadıqlarını və buna görə partiyanın başçılarının istefa verməli olduğunu dilə gətiriblər.
Qeyd edək ki, etiraz aksiyaları davam edir.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31