Leonid Slutski: "Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi"

Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi Moskva-Ankara münasibətlərinin inkişafı üzrə gözləntiləri saxlayacaq.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib.

L.Slutski R.T.Ərdoğanın ədalətli və rəqabətli mübarizədə qalib gəldiyini qeyd edib: "Türkiyədə parlament və prezident seçkiləri azad və demokratik şəkildə keçdi".

O bildirib ki, Türkiyə Rusiya üçün mühüm strateji tərəfdaşdır: "Biz birgə səylərlə Suriyada terrorçuluqla mübarizə aparırıq, regionda təhlükəsizliyin təmini üçün addımlar atırıq".

Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31