Ankarada seçkilərdə təxribatlar hazırlayan 11 PKK üzvü saxlanılıb
Türkiyənin paytaxtı Ankarada prezident və parlament seçkilərində təxribatlar hazırlamaqda şübhəli bilinən 11 PKK üzvü saxlanılıb.
24 İyun 2018 07:46 DünyaTürkiyənin paytaxtı Ankarada prezident və parlament seçkilərində təxribatlar hazırlamaqda şübhəli bilinən 11 PKK üzvü saxlanılıb.
PKK üzvləri Ankaranın təhlükəsizlik üzrə antiterror idarəsini xüsusi əməliyyatı zamanı saxlanılıblar.
Bildirilir ki, saxlanılanlar seçkilər zamanı təxribatlar hazırlamağı planlaşdırırmışlar. Təxribatların hansı xarakterdə olduğuna dair detallar açıqlanmır.
Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31