Zimbabve prezidentinə sui-qəsd edilib

Zimbabvedə prezident Emmerson Mnanqaqvaya sui-qəsd edilib.

Bu barədə "Herald" məlumat yayıb.

Məlumata görə, hadisə "White City Stadium" stadionunda baş verib. Prezidentin seçkiöncəsi kampaniya çərçivəsində keçirdiyi mitinq zamanı partlayış törədilib.

Təsdiqlənməmiş məlumatlara görə, minlərlə insanın iştirak etdiyi mitinqdə törədilən partlayış zamanı xəsarət alanlar var. Lakin onların dəqiq sayı və vəziyyəti hələ məlum deyil.

Xəbərdə bildirilir ki, prezident partlayış zamanı xəsarət almayıb. O, ərazidən uğurla təxliyyə edilib.  

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31