Birinci xanımın geyindiyi gödəkçə müzakirələrə səbəb oldu - Foto

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ABŞ-Texas sərhədində yerləşən sığınacaqdakı insanları ziyarət edib.

Melaniyanın geyimi bu dəfə də müzakirə obyektinə çevrilib.

Belə ki, əyninə geyindiyi gödəkçəyə yazılan "Mənim heç vecimə də deyil, bəs, sənin?" sözləri sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.

Birinci xanımın sözçüsü Stefani Qrisham "O sadəcə bir gödəkçədir, heç bir mesaj vermək üçün geyinilməyib" deyə məsələyə aydınlıq gətirib. 





Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31