Rusiyada helikopter qəzaya uğrayıb
Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində helikopter qəzaya uğrayıb.
22 İyun 2018 17:56 DünyaRusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində helikopter qəzaya uğrayıb.
Bu barədə "İnterfaks" fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verib.
"Havadan bunun "Mİ-8" helikopteri olduğu təsbit edilib. Bataqlıq ərazidə onun qalıqları aşkar edilib. Pilot, ehtimal ki, ölüb", - mənbə bildirib.
Mənbənin sözlərinə görə, helikopter neft şirkətlərindən birinə aid ola bilər.
"Helikopter infrastruktura xidmət göstərib və ola bilsin ki, texniki səbəblərə görə sərt eniş edib", - mənbə vurğulayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31