TÜRK PA Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə edəcək
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) beynəlxalq müşahidəçilər missiyası Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərini izləyəcək.
22 İyun 2018 17:53 DünyaTürkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) beynəlxalq müşahidəçilər missiyası Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərini izləyəcək.
Missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan və Azərbaycan parlamentlərinin üzvləri daxildir.
Müşahidəçilər səsverməni yerində izləmək üçün Ankarada bir neçə müşahidə məntəqələrini ziyarət edəcək.
İyunun 22-də müşahidəçilər missiyasının Respublika Xalq Partiyasının (CHP) sədr müavini Tekin Bingöl, Yüksək Seçki Şurasının sədri Sadi Güven, Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədr müavini Mevlüt Karakaya, Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP) Naci Bostancı ilə görüşləri nəzərdə tutulur.
İyunun 25-də isə TÜRK PA missiya üzvləri seçkilərin yekununa dair mətbuat konfransı keçirəcək.
"Report"