Parlament binasının həyətində çətənə kolu tapılıb
Yaponiyada parlament binasının ərazisindəki bağda çətənə kolu aşkarlanıb.
22 İyun 2018 17:44 DünyaYaponiyada parlament binasının ərazisindəki bağda çətənə kolu aşkarlanıb.
Təxminən 2 aylıq olan bitkini oradan təsadüfən keçən şəxs görüb. Çətənə kolunun parlamentin həyətində necə yetişdiyi məlum deyil. Parlamentin rəsmi nümayəndəsi hesab edir ki, çətənin toxumunu quşlar və ya külək gətirmiş ola bilər.
Qeyd edək ki, Yaponiyada çətənədən istifadə və ya az miqdarda saxlamaya görə 5 il həbs cəzası var.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31